Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 00:27

Taliban məhbus mübadiləsini «qələbə» adlandırır


-

Əfqanıstanın taliban lideri Mullah Mohammad Omar Quantanamoda saxlanan beş talibançının ABŞ əsgərinə dəyişdirilməsini «böyük qələbə» adlandırır. İyunun 1-də ictimaiyyətə müraciətində Mullah deyib ki, «bütün əfqan müsəlman millətinə səmimi təbriklərimi çatdırıram».

Talibanın saxladığı yeganə ABŞ əsgəri, serjant Bowe Bergdahl mayın 31-də Əfqanıstandakı ABŞ qüvvələrinə verilib və Almaniyaya müalicəyə aparılıb.

Onun əvəzində Quantanomoda saxlanan beş taliban yaraqlısı Qətərə transfer olunub.

Ağ Ev bu mübadiləyə dəstəyini bildirir, respublikaçılar isə sövdələşmənin amerikanlar üçün risk yaratdığını deyir. ABŞ müdafiə naziri Chuck Hagel söyləyib ki, Birləşmiş Ştatlar əsgərin həyatını xilas etmək üçün cəld hərəkətə keçməliydi.
XS
SM
MD
LG