Keçid linkləri

Təcili xəbərlər
2021, 17 Oktyabr, bazar, Bakı vaxtı 21:57

Ukrayna Rusiya qaz danışıqlarını bərpa edir


-

İyunun 2-də Brüsseldə Ukraynanın qaz borcu və qazın qiyməti ilə bağlı danışıqlar davam edəcək. Bundan əvvəl Kiyev Moskvaya olan borcunun bir hissəsini ödəyib.

Mayın 30-da Avropa Birliyinin vasitəçilik etdiyi danışıqların yekununda Birliyin Enerji komissarı Guenther Oettinger bildirib ki, Ukrayna danışıqları bərpa etmək üçün Qazproma 786 milyon dollar ödəyib.

Oettinger ümid edir ki, tərəflər problemi çözə biləcəklər.

Rusiya 2 milyard dollar borcunu ödəməsi üçün Ukraynaya mayın 30-na kimi vaxt qoymuşdu.

Qazprom bildirib ki, iyunun 7-nə qədər Ukraynanın borcu 5,2 milyard dollara çatacaq. Şirkət borcun tam və əvvəlcədən ödənilməsini tələb edir.
XS
SM
MD
LG