Keçid linkləri

Təcili xəbərlər
2021, 19 İyun, şənbə, Bakı vaxtı 20:45

Şirvan sakini: «Burda ağaclara toy tuturlar»


Arxiv fotosu

-

“Rayonda yaşıllığa qarşı əsl genosid həyata keçirilir”.

Bunu AzadlıqRadiosunun “Qaynar xətt”inə Şirvan sakini, Əli Bayramov küçəsinin sakini Elçin Quliyev yazır.

“Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rayondakı ekologiya və yaşıllaşırma idarəsinin rəisi Səxavət Əliyev çoxillik ağacların qəniminə çevrilib. İmkanlı sahibkarlardan aldığı pulların sayəsində uca, oksigen mənbəyi olan ağacları kəsir”.

"QURUMUŞ AĞACLARI KƏSİRİK"

Elçin Quliyev yazır ki, yerli icra orqanları buna göz yumur.

Rayon yaşıllaşdırma idarəsinin rəisi sakinin ittihamları ilə razılaşmır:

“Burda heç bir ağac qırımı yoxdur. Arabir qurumuş ağacları ləğv edirik. Belə ağacları da yalnız aktlaşdırandan sonra kəsirik”.

Şirvan sakinlərinin sözlərinə görə, ağac kəsiminə görə yerli ekologiya şöbəsini məhkəməyə verməyə hazırlaşırlar.

XS
SM
MD
LG