Keçid linkləri

2017, 23 Yanvar, Bazar ertəsi, Bakı vaxtı 02:54
-
UKRAYNA HADİSƏLƏRİNİN XRONİKASINI BURADA İZLƏ

Avromaydan tərəfdarları Kiyevin mərkəzində şinlər yandırır, asfalta «Molotov kokteyli» atırlar.

Onlar yeni paytaxt rəhbərliyinin barrikadaları sökmək planlarına etiraz edirlər.

Ukrayna mediasının yaydığı məlumata görə, «Maydan»da iki ocaq qalayıblar, alova mütəmadi şinlər atırlar.

«Maydan» iştirakçıları yanğınsöndürənlərin alovun qarşısını almalarına mane olublar.

Fəalların dediyinə görə, «Maydan»ın daha nə qədər qalacağı hakimiyyətin erkən parlament və bələdiyyə seçkiləri qərarından asılıdır.

İyunun 1-də «Maydan»da «veçe» – xalq yığıncağının keçirilməsi planlaşdırılır.

«Maydan» Özünümüdafiə Qrupu mayın 31-də Kiyevin mərkəzi meydanında təmizlik işlərini elan etmişdi. Şəhər Gününədək lazımsız çadırlar və bəzi barrikadalar sökülməliydi.
XS
SM
MD
LG