Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 19:46

Müəllim kollec rəhbərliyindən şikayətçidir


Arxiv fotosu
Arxiv fotosu

“Dərsə gəlməyən tələbəyə “qayıb”, oxumayana isə “2” yazdığım üçün rəhbərlik tərəfindən arzuolunmaz şəxs elan edilmişəm".

Bunu AzadlıqRadiosunun “Qaynar xətt”inə Bakı Sənaye Pedoqoji Kollecinin tarix müəllimi Hüseyn Sadlıqlı deyib. Müəllimin sözlərinə görə, kollec rəhbərliyi onunla qərəzli davranır, tələbələrdən rüşvət almaqda və xanım tələbələrdən birinə əxlaqsız təklif irəli sürməkdə ittiham edir.

Hüseyn Sadıqlı bunlarla bağlı Təhsil Nazirliyinin “Qaynar xətt”inə 50-dən çox zəng vurduğun, nazirliyin daxili nəzarət şöbəsind izahat yazdığını, təhsil naziri Mikayıl Cabbarovun, Prezident Aparatının şöbə müdiri Fatma Abdullazadənin qəbulunda olduğunu, ancaq şikayətlərinə müsbət cavab almadığını deyir:

"MƏNİ SAXTA DİPLOM SATMAQDA, TƏLƏBƏYƏ STAŞMAQDA İTTİHAM EDİRLƏR"

"Əksinə, Azad Həmkarlar İttifaqı Əmək Məcəlləsinin 70-ci maddəsinin "C" bəndi ilə işdən çıxarılmağıma dair təqdimat yazdı. Tələbə, müəllim və inzibati işçilərin adlarından şikayət ərizələri yazılıb Sabunçu rayon prokurorluğuna göndərildi. Kollecin müəllimi Firudin Orucovun ərizəsi ilə məni ABU-nun saxta diplomlarını satmaqda ittiham edirlər. Bundan başqa, məni şərləyirlər, guya kollecin xanım tələbələrindən birinə əxlaqsız təkliflər etmişəm".

Bakı Sənaye Pedoqoji Kollecinin direktoru Vidadi Orucov müəllimin dediklərini təkzib edib:

“Dedikləri ağ yalandır. Ona heç bir təzyiq edilmir, hər şeyi özündən uydurur. Müəllim adına yaraşmayan bəzi hərəkətlər edib, cəzasına da çatacaq”.

Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov isə bildirib ki, şikayətlə bağlı araşdırma aparılacaq.
XS
SM
MD
LG