Keçid linkləri

Təcili xəbərlər
2021, 26 Sentyabr, bazar, Bakı vaxtı 02:18

Əsgərin xəstəlikdən ölməsi faktı ilə bağlı cinayət işi başlanıb


-
APA Respublika Hərbi Prokurorluğuna istinadən bildirir ki, 1 ay əvvəl həqiqi hərbi xidmətə çağrılan, 18 yaşlı Samiq Məmmədovun vəfatı ilə bağlı Bakı Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin 342.2-ci (qulluğa səhlənkar yanaşma) maddəsi ilə cinayət işi başlanıb, əsgərin ölümü ilə bağlı müvafiq ekspertizalar təyin edilib.

Daxili Qoşunlar əsgər S. Məmmədovun hemorragik vaskulitin sürətli gedişi diaqnozu ilə hospitala daxil olduğunu və həkimlərin səyinə baxmayaraq, onu xilas etmək mümkün olmadığını açıqlayıb.
XS
SM
MD
LG