Keçid linkləri

Təcili xəbərlər
2020, 26 Noyabr, Cümə axşamı, Bakı vaxtı 14:37

İraqda bir gündə 60-dan çox adam ölüb


İraqda mayın 28-də bir sıra partlayışlarda azı 60 adam ölüb. Bununla da İraqda bu il ölənlərin sayı 4 mini keçib.

Hücumların çoxu axşam Bağdadın ətrafında şiələr yaşayan rayonda olub. Burda maşına qoyulmuş bomba partlayışında 16 adam ölüb. 52 adam yaralanıb. Bağdadda havalar isti olduğuna görə insanlar bazarlığa axşamlar gedir.

Bağdadda həmin gün azı 3 maşında bomba partladılıb. Həmin partlayışlarda 20 adam ölüb.

Mosul şəhərində də 2 maşında bomba partladılıb, 21 adam ölüb.
XS
SM
MD
LG