Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 19:55

40 il öncə Bakıda olan məşhur fransız fotoqrafın sərgisi açılıb


Henri Cartier-Bresson-un şəkli
Henri Cartier-Bresson-un şəkli
-

Heydər Əliyev Mərkəzində XX əsrin görkəmli fotoqraflarından olan Henri Cartier-Bresson-un «Paris» adlı fərdi sərgisi açılıb.

Mərkəzin yaydığı xəbərə görə, açılış mərasimində çıxış edən «Magnum photos» agentliyinin direktoru Сlement Saссomani sərgini hər iki xalq arasında yaxınlaşmanın, əlaqələrin inkişafının, dözümlülüyün nümayiş etdirilməsi üçün gözəl fürsət adlandırıb və əlavə edib ki, Henri Cartier-Bresson-un «Paris» sərgisini seyr etmək Parisin 70 illik tarixinə səyahət etmək, bu şəhərdə baş vermiş dəyişiklikləri, onun memarlıq üslubunu, gözəl, sirlə dolu guşələrini öyrənmək imkan verir.

Сlement Saссomani Henri Cartier-Bresson-un Azərbaycan xalqını tanımaq, onun tarixini, adət-ənənələrini öyrənmək məqsədilə 40 il əvvəl Bakıda olduğunu və səfəri zamanı rastlaşdığı unudulmaz məqamları, həlledici anları öz fotoaparatının yaddaşına köçürdüyünü də çatdırıb.

Henri Cartier-Bresson (1908 –2004) dünyada foto jurnalistikanın atası sayılır.
O, nüfuzlu «Magnum Photos» agentliyinin təsisçilərindən olub.

Onun fotoobyektivinə tuş gələn XX əsrin görkəmli adamlarının - Albert Camus, Henri Matisse, Jean-Paul Sartre, Marilyn Monroe və b. fotoları rəsm əsəri kimi qavranılır.

Onun fotoqrafiyanı öyrənənlər üçün tərtib etdiyi «Fotoqrafiyanın 7 qızıl qaydası» var.
Henri Cartier-Bresson Parisdə aktyor, jurnalist kimi də fəaliyyət göstərib.

«Paris» sərgisində Henri Cartier-Bresson-un 80-dən çox əsəri nümayiş olunur.

Mərkəz yaydığı xəbərdə Henri Cartier-Bresson-un Bakıda çəkdiyi fotoların sərgilənib-sərgilənmədiyini açıqlamır.

Sərgi iyulun 27-dək davam edəcək.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG