Keçid linkləri

Təcili xəbərlər
2020, 02 Dekabr, çərşənbə, Bakı vaxtı 07:07

Atəşkəsin 60 dəfə pozulduğu bildirilir


Arxiv foto

Müdafiə Nazirliyi bildirir ki, mayın 28-də cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 60 dəfə pozulub.

Mayın 28 və 29-da gecə Qazax rayonunun Qızılhacılı və Kəmərli kəndlərində yerləşən mövqelər atəşə tutulub.

Füzulinin Qorqan, Horadiz, Aşağı Seyidəhmədli, Ağdamın Yusifcanlı, Şıxlar, Mərzili, Tərtərin Çaylı, Çiləbürt, Xocavəndin Kuropatkino kəndləri yaxınlığında, Goranboy, Cəbrayıl və Göygöl rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrin mövqeləri atəşə tutulub.

Qarşı tərəf cavab atəşi ilə susdurulub.

Multimedia

XS
SM
MD
LG