Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 17:59

Mijatovich Serbiyada internet senzurasından narahatdır


ATƏT-in media azadlığı üzrə xüsusi nümayəndəsi Serbiyada internetdə senzuradan narahatlığını bildirib.

Mayın 27-də Stokholmda konfransda çıxış edən Dunja Mijatovich internet mediasına müdaxilə etməyi dayandırmağa çağırıb. Onun fikrincə, xüsusilə indiki vaxtda, Serbiyada sel və daşqınlarla vəziyyətin ağır olduğu dövrdə internetdə senzura qəbul edilməzdir.
Serbiyada sellə bağlı hökumət fövqəladə vəziyyət elan edib və bu da hökumətə əhali arasında panika yayan məlumatların qabağını almağa imkan verir.

Mijatovich deyib ki, Serbiyada bütöv saytlar internetdən çıxarılır, bloqlar senzura olunur, hətta həbs olunanlar var.

Mijatovich hesab edir ki, əksinə, ictimai maraq doğuran məsələr ətrafında senzura olunmayan debata imkan yaratmaq lazımdır.
XS
SM
MD
LG