Keçid linkləri

Təcili xəbərlər
2021, 20 Oktyabr, çərşənbə, Bakı vaxtı 06:05

İranda ilk MERS xəstəsi aşkar olunub


İranda ilk MERS (Yaxın Şərq Nəfəs Sindromu) xəstəsi aşkar olunub.Səhiyyə naziri Mehdi Gouya bildirib ki, xəstəliyin virusu Kirman vilayətində iki bacıda tapılıb. Onlardan biri ağır vəziyyətdədir.

Bunlardan başqa bu ailədən olan digər iki şəxsdə də virusun olması güman olunur.
Ehtimala görə bu şəxslər Səudiyyə Ərəbistanından gələn zəvvarlardan yoluxublar.
MERS xəstəliyi 2 il əvvəl Səudiyyə Ərəbistanında aşkar olunub. O vaxtdan onun dərmanı tapılmayıb və indiyədək 600 adam xəstələnib və 175 ölüb.
XS
SM
MD
LG