Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 20:49

Azərbaycanda hər 7 gəncdən biri işsizdir (İnfoqrafika)


Arxiv fotosu: Rusiyanın Stavrapol şəhərində gənc iş təkliflərini öyrənir.
Arxiv fotosu: Rusiyanın Stavrapol şəhərində gənc iş təkliflərini öyrənir.
Azərbaycanda gənclər arasında işsizlik 14,8 faizdir.

Bunu Beynəlxalq Əmək Təşkilatı yeni hesabatında bildirir.

Qazaxıstanda gənclər arasında işsizlik 4,5, Belarusda 12,2, Rusiyada 14,5, Türkmənistanda 20,2, Gürcüstanda 31, Ermənistanda 33,1 faizdir.

İnkişaf etməkdə olan ölkələrdə gənclər arasında işsilzik orta hesabla 12 faizi keçir.
Gənclər arasında işsizlik yaşlılar arasında işsizliyin səviyyəsindən 3 dəfə çoxdur.

2014-cü ildə dünyada gənclər arasında işsizlik 13 faiz gözlənilir. 2012-ci ildə bu, 12,8 faiz idi.

Dünyada 73,6 milyon gənc iş tapa bilmir.

Hesabata görə elə işlər də var ki, adı işləməkdir, ancaq verilən pul kasıblıq həddinə, yəni gündə 2 dollara belə çatmır.

Hesabata görə, Azərbaycanda belə işlərin bütün işlərdə payı cüzidir – 1,9 faiz. Yəni Azərbaycanda bir qayda olaraq, işləyən adam kasıblıq həddindən yuxarı maaş alır.

Ermənistanda isə bütün işlərin 11,5 faizi kasıblıq həddində maaş verir.

Gürcüstanda belə işlərin payı 25,7 faizdir.

Hesabat 140 ölkədə əmək bazarının vəziyyətini təhlil edir və sübut olunur ki, keyfiyyətli əməyə qoyulan investisiya sonda daha yüksək iqtisadi artıma gətirir.

Hesabatda deyilir ki, 2000-ci illərin əvvəllərində yeni iş yerlərinin keyfiyyətinə daha çox fikir verən ölkələr 2007-ci ildən başlayaraq hər il 0,1 faiz daha sürətli iqtisadi artıma nail olurlar.
XS
SM
MD
LG