Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 22:09

Rəsulzadənin kitabı Türkiyədə çap edildi


-

Türkiyədə Azərbaycan Xalq Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadənin “İhtilalçı Sosializmin İflası və Demokrasinin Gələcəyi” adlı kitabı nəşr edildi.

Kitabın ön sözünün müəllifi Prof. Cəmil Həsənlidir. Ön sözdə, M. Ə. Rəsulzadənin yaşadığı siyasi mühit və onun fəaliyyətləri haqqında geniş bilgi verilir. Kitabın yazılarını seçib Türkiyə Türkcəsində çevirən, Türkiyədə mühacirət həyatı yaşayan İran azərbaycanlısı, araşdırmaçı- yazar Ramin Cabbarlıdır.

Kitab Rəsulzadənin iki önəmli risaləsi və 10 digər yazısından ibarətdir. Bu kitabda Rəsulzadənin daha çox sosioloji, fəlsəfi yazıları yer alıb.

Kitabın adı “İhtilalci Sosyalizmin İflası” və “Demokrasinin Geleceği” adlı iki risalələnin adının birləşdirilməsidir. Bu iki risalə “İhtilalçı Sosializmin İflası və Demokrasinin Gələcəyi” adıyla 1928-ci ildə “Milli Azərbaycan Nəşriyyatı”nın 8-ci sayında İstanbulda yayınlanmışdı.

Burada “Ulusal Dayanışma”, “Millet Olmak Azmi”, “Milletçilik- Patriotizm”, “Ulusal Birlik”, “Yanlış Terim Kullanmayalım”, “Millet ve Kavim”, “Ulusal Ahlak”, “İdealistler Oportünistler, Bozguncular”, “Doğu İslam Uygarlığında Azerbaycan’ın Rolü” adlı yazılar da var.

Kitabı İstanbulda Doğu nəşriyyatı yayınlayıb.
XS
SM
MD
LG