Keçid linkləri

Təcili xəbərlər
2021, 18 May, çərşənbə axşamı, Bakı vaxtı 05:38

Hollande AB-də dəyişikliyə çağırır


Francois Hollande
-
Fransa prezidenti Francois Hollande Avropa Birliyini fokusunu dəyişməyə və rolunu azaltmağa çağırıb. Hollande mayın 26-da televiziya çıxışı edib. Bir gün əvvəl mühacirlər və AB əleyhinə çıxan Milli Cəbhə partiyası Avropa Parlamenti seçkilərində ilk qələbəsini qazanıb.

Hollande-nın Sosialist Partiyası bu seçkidə ən pis nəticəsini göstərib. Bütün Avropada ifrat solçu və sağçı partiyalar daha çox səs toplayıb. Təhlilçilər bunu hökumətin sərt tədbirləri, kütləvi işsizlik və mühacirətə qarşı ictimaiyyətin qəzəbli reaksiyası ilə izah edirlər.

Hollande deyib ki, AB əksər vətəndaşları üçün “uzaq və qeyri-müəyyəndir”. Onun sözlərinə görə mayın 27-də Brüsseldə AB liderlərinə çatdıracaq ki, onlar artım, iş yerləri və investisiyanı hədəf götürsünlər.
XS
SM
MD
LG