Keçid linkləri

2017, 21 Yanvar, şənbə, Bakı vaxtı 17:43
-
İstehlaka yararsız 180 kiloqramdan çox ərzaq malları satışdan çıxarılaraq məhv edilib.

Məlumatı AzərTAc yayıb. Bildirilir ki, İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti növbəti monitorinqlər keçirib.

Monitorinqlər zamanı Bakının Abşeron, Xəzər, Xətai, Səbail rayonlarında, eləcə də Qəbələ, Ağdaş, Zərdab, Salyan, Ağstafa, Balakən, Qusar və Şamaxıda mağazalarda saxlama müddəti ötmüş malların satıldığı aşkarlanıb. Ümumilikdə, saxlama müddəti ötmüş və ya normativ sənədlərin tələblərinə cavab verməyən 180 kiloqramdan çox ərzaq malları satışdan çıxarılaraq məhv edilib.

Qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq ediləcək.
XS
SM
MD
LG