Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 08:59

Rusiya parlamentində bir yeri 7,5 milyon avroya satan kommunist məhkum olundu


Rusiyada kommunist partiyasından olan deputat Konstantin Shirshov 5 il azadlıqdan məhrum edilib.

Shirshov Moskva regionunun bir sakininə söz veribmiş ki, 7,5 milyon avro müqabilində onu parlamentin deputatı edəcək.

Bu hadisə 2011-ci ildə olub.

Mayın 26-da Moskva məhkəməsi Shirshovu 700 min rubl cərimə edib. Bu, təxminən 20 min 500 dollardır.

Shirshov ittihamı rədd edir və Ali Məhkəməyə şikayət edəcək.
XS
SM
MD
LG