Keçid linkləri

Təcili xəbərlər
2021, 09 May, bazar, Bakı vaxtı 04:38

Beynəlxalq müşahidəçilər Ukraynada seçkinin demokratikliyini alqışlayır


MSK-da ilkin nəticələr
Beynəlxalq müşahidəçilər Ukraynada prezident seçkilərinin beynəlxalq normalara uyğun keçirildiyini elan ediblər.

Mayın 26-da ATƏT-in Ukraynada seçki monitorinqi missiyasının rəhbəri Joao Suares mətbuat konfransında deyib ki, mayın 25-dəki prezident seçkiləri,ümumiyyətlə, demokratik öhdəliklərə uyğun keçirildi.

Soares deyib ki, rusiyapərəst yaraqlıların nəzarətində olan şərq regionlarında seçki rəsmilərinin qorxudlması, oğurlanması baş verirdi.

Avropa Şurasının nümayəndə heyətinin rəhbəri Andreas Gross deyib ki, seçki qeyri-adi keyfiyyətdə keçirildi. Belə seçki yeni prezidentə şərq regionunun bütün vətəndaşları ilə dialoqa başlamağa legitimlik verir.
XS
SM
MD
LG