Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 19:48

Donetsk hava limanından atışma və partlayış səsləri gəlir


Donetsk hava limanını separatçı yaraqlılar tutandan sonra burdan atışma və partlayış səsləri gəlir. Bunu Frans Press agentliyi xəbər verir. Hava limanının içərisindən tüstü qalxır.

Mayın 26-da səhər tezdən bir qrup silahlı hava limanına gələrək burda keşik çəkən əsgərlərə hava limanını tərk etməyi əmr edib. Bundan bir az əvvəl Donetsk separtaçılarının lideri Donetsk regionunda hərbi vəziyyət elan edib.

Denis Pushilin bildirdi ki, hərbi vəziyyət mayın 26-sı saat 00-00-dan başlanır və məqsəd Donetsk ərazisini “düşmən Ukrayna qüvvələrindən təmizləməkdir”.
XS
SM
MD
LG