Keçid linkləri

2017, 24 Yanvar, çərşənbə axşamı, Bakı vaxtı 13:43

Əvvəl evli adamın məşuqəsi, sonra isə məşhur aktrisa oldu


-

Bakı Kitab Klubu məşhur Amerika yazıçısı Theodore Dreiser-in "Kerri bacı" romanını latın əlifbasında çap edib.

Drayzer "Kerri bacı" romanını 1900-cü ildə yazıb. Romanın qəhrəmanı öncə evli adamın məşuqəsi, sonra isə məşhur aktrisa olan bir qızdır.

Romanda qadın xoşbəxtliyinə aparan yolun təmiz və şərəfli, bu yolla gedənin isə ləyaqətli, namuslu, günahsız olduğunu vəsf edən Amerika həyat tərzi, sadə insanların mənəviyyatını pozan, onların saf, bakirə əxlaqına təcavüz edən burjua cəmiyyəti ciddi tənqid edilib.

“Kerri bacı” romanı insan psixologiyası və cəmiyyətin təzadları baxımından olduqca maraqlı bir əsərdir.

Günün bütün mövzuları

XS
SM
MD
LG