Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 21:55

Bakı bəyanatı qəbul olunub


-
Azərbaycan, Türkiyə və Türkmənistan Xarici İşlər Nazirlərinin Birinci Üçtərəfli Görüşünün sonunda Bakı bəyanatı qəbul olunub.

Üç ölkə arasında siyasi, təhlükəsizlik, iqtisadi, ticarət, enerji, nəqliyyat və humanitar, o cümlədən mədəniyyət, elm, səhiyyə, təhsil, turizm və idman sahələrində əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyi vurğulanıb.

Qarşılıqlı maraq doğuran mühüm regional və beynəlxalq məsələlər üzrə XİN-lər arasında, həmçinin BMT, İslam Əməkdaşlığı Təşkilatı və digər beynəlxalq və regional təşkilatlar çərçivəsində məsləhətləşmələri davam etdirəcəkləri barədə razılığa gəlinib.

Tərəflər BMT və digər beynəlxalq təşkilatlarda ölkələrinin namizədliyini dəstəkləməyə hazır olduqlarını təsdiqləyiblər.

Növbəti görüş 2014-cü ilin ortalarında Aşqabad şəhərində keçiriləcək.
XS
SM
MD
LG