Keçid linkləri

Təcili xəbərlər
2021, 17 İyun, Cümə axşamı, Bakı vaxtı 21:25

Misirdə yeni prezident seçilir


Misirdə seçki məntəqəsi

Misirdə yeni prezidentin seçiləcəyi səsvermə başlanıb. Ötən il ordu ilk demokratik yolla seçilmiş lideri devirib.

Ordunun keçmiş rəhbəri Abdel Fattah al-Sisi-nin qələbə çalacağı gözlənir. O, ötən ilin iyulunda devrilmiş Muhammad Morsi-dən sonra ölkəni idarə edib.

Təhlükəsizlik qüvvələrinin apardığı əməliyyatlar nəticəsində Qardaşlığın yüzlərlə üzvü öldürülüb və həbs olunub.

Tərəfdarları Sisi-nin ölkənin problemlərini həll edəcəyinə əmindirlər.

Ancaq Amnesty İnternational daxil olmaqla tənqidçilər insan haqları pozuntularını vurğulayırlar.

Səsvermə mayın 27-də başa çatır.
XS
SM
MD
LG