Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 10:26

5 rayonda qaz olmayacaq


Arxiv foto
Arxiv foto
-

Bir neçə rayonun təbii qaz təchizatında məhdudiyyətlər olacaq.

«Azəriqaz» İB-nin İctimaiyyətlə əlaqələr şöbəsinin məlumatına görə, qaz ölçü qovşaqlarında görüləcək işlər ilə əlaqədar mayın 26-da saat 12:00-dək Xəzər rayonunun bir hissəsinə, saat 12:00-dan 14:00-dək Siyəzən rayonunun bir hissəsinə təbii qazın verilişində məhdudiyyətlər olacaq.

Eyni zamanda saat 13:00-dan 15:00-dək Cəlilabad rayonunun bir hissəsinə, saat 15:00-dan 17:00-dək Qusar rayonuna, saat 16:00-dan 18:00-dək isə Masallı rayonunun bir hissəsinə təbii qazın verilişində fasilələr yaranacaq.
XS
SM
MD
LG