Keçid linkləri

Təcili xəbərlər
2021, 18 May, çərşənbə axşamı, Bakı vaxtı 23:21

Maşın dərədən aşıb, sürücü ölüb


Arxiv foto
-

Astara rayonunda ölümlə nəticələnən qəza baş verib. Astara Rayon Polis Şöbəsindən AzadlıqRadiosuna verilən məlumata görə, hadisə ötən gecə olub. Astaranın ucqarındakı Hamuşan kəndi istiqamətində dağ yolu ilə hərəkət edən «QAZ-66» markalı yük maşını dərədən yuvarlanaraq çaya düşüb.

Maşının sürücüsü, 1979-cu il təvəllüdlü Malik Rəşidov aldığı xəsarətlərdən hadisə yerindəcə ölüb. Onun sərnişini, Astaranın Maşxan kənd sakini, 1982-ci il təvəllüdlü Anar Əlizadə müxtəlif dərəcəli bədən xəsarətləri alıb, Astara Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Astara RPŞ-də cinayət işi açılıb, araşdırma aparılır.
XS
SM
MD
LG