Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 15:02

Putin: Rusiyanı qlobal iqtisadiyyatdan təcrid etmək «mümkünsüzdür»


Vladimir Putin
Vladimir Putin
-

«Ukrayna böhranına görə qərbin təzyiqlərinə baxmayaraq Rusiyanı qlobal iqtisadiyyatdan təcrid etmək «mümkünsüzdür»». Bunu Sankt- Peterburqda keçirilən beynəlxalq İqtisadi Forumda çıxış edən Rusiya prezidenti Vladimr Putin deyib.

Rusiya prezidenti bildirib ki, ölkəsinin Ukraynadakı fəaliyyətinə görə qərbin sanksiyalar tətbiq etməsi «tamamilə niyyətə əks»dir.

O, jurnalistlərə açıqlamasında deyib ki, sanksiyalar beynəlxalq hüquqa ziddir və bu qlobal qeyri-stabilliyə gətirib çıxarır.

Putin Ukraynadakı böhranın qərblə yeni «Soyuq müharibə»nin başlanmasına qığılcım olmayacağına ümid etdiyini bildirib.

O, yenidən Sovet İttifaqı qurmaq niyyətinin olmadığını söyləyib.

Putin bildirib ki, Ukraynaya verilən təbii qazın qiyməti barədə mübahisələr dialoq yolu ilə həllini tapa bilər, ultimatumlarla yox.
XS
SM
MD
LG