Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 18:23

AŞPA prezidenti İlqar Məmmədovun dərhal azadlığa buraxılmasına çağırır


İlqar Məmmədov
İlqar Məmmədov
AŞPA Prezidenti Anne Brasseur REAL Hərəkatının lideri İlqar Məmmədovun dərhal azadlığa buraxılmasına çağırır. Bu barədə xanım Brasseur tvitter hesabında yazıb.

Mayın 22-də Avropa İnsan Hüquqları Məhkəməsi verdiyi qərarda bildirib ki, İlqar Məmmədovun həbsində məqsəd “onu susdurmaq və ya cəzalandırmaq” olub.

İlqar Məmmədov 2013-cü il fevralın 4-də İsmayıllı rayonunda kütləvi iğtişaşlarla bağlı həbs olunub və 7 il müddətinə azadlıqdan məhrum edilib.

Amnesty International beynəlxalq təşkilatı İ. Məmmədovu «vicdan məhbusu» kimi tanıyıb. Amma Azərbaycan hakimittəyi İlqar Məmmədovun siyasi mülahizələrlə həbs edildiyini inkar edir.
XS
SM
MD
LG