Keçid linkləri

Təcili xəbərlər
2020, 03 Dekabr, Cümə axşamı, Bakı vaxtı 08:20

İstanbuldakı toqquşmalarda 1 nəfər ölüb, 9 nəfər yaralanıb



Mayın 22-də gecə İstanbulda polislə etirazçılar arasındakı toqquşmada bir nəfər – 30 yaşlı Uğur Kurt silahla vurularaq öldürülüb.

Uğur Kurt etirazçı olmayıb. O, hadisələrin baş verdiyi Ok meydanında yas yerinə gedirmiş. Bundan sonra Uğur Kurtun öldürülməsinə etiraz olaraq, yenidən küçə toqquşmaları güclənib. Qarşıdurmalarda 9 nəfər yaralanıb. Onlardan 7-si polisdir.

İki ayrı-ayrı qrup polislərə Molotof kokteyli, yanan fişənglər və əl bombası atılıb. Polislər onların qarşısını qaz bombası və su şırnağı ilə alıb.
XS
SM
MD
LG