Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 20:32

QHT rəhbəri Mətanət Əzizovanın ailəsinə ölkəni tərk etmək qadağan olunub


Mətanət Əzizova
Mətanət Əzizova
-
Qadın Krizis Mərkəzinin rəhbəri Mətanət Əzizovanın həyat yoldaşı Eldar Əzizov və oğlu Camal Əzizov Gürcüstan sərhədindən geri qaytarılıb. Bu haqda AzadlıqRadiosuna Sülh və Demokratiya İnstitutunun rəhbəri Leyla Yunus məlumat verib:

“Onlara Gürcüstana keçməyə icazə verməyiblər. Şifahi şəkildə bildiriblər ki, baş prokurorluq ailənin ölkədən çıxmasını qadağan edib. Qanunla kiminsə ölkədən buraxılıb-buraxılmaması prokurorluğun işi deyil. Bu cür məsələləri məhkəmə həll edir. Onların ölkədən buraxılmaması qanunsuzluqdur. Biz bununla bağlı mayın 23-də mətbuat konfransı keçirəcəyik”.

Mətanət Əzizovanın anası, hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı AzadlıqRadiosuna bildirib ki, kürəkəni və nəvəsi Gürcüstanın Borjomi sanotoriyasında istirahətə gedirmişlər:

“Nəvəm Camal son baş verənlərə görə çox stress keçirmişdi. İstədik ki, bir qədər istirahət etsin. Bu məqsədlə atası ilə birgə Borjomiyə getməyi qərara aldılar. Ancaq sərhəd keçid məntəqəsində onlara deyilib ki, prokurorluq Əzizov Eldar və Əzizov Camalın ölkədən çıxmasına qadağa qoyub. Onlar da geri qayıtmalı olublar”.
Mirvari Qəhrəmanlı bəzi mətbuat orqanlarında nəvəsinin və kürəkəninin saxlanılması və həbs olunması barədə xəbərlərə aydınlıq gətirdi.

“Heç bir həbs və saxlanma olmayıb. Sadəcə ölkədən çıxmağa icazə verməyiblər və onlar da geri qayıdıblar. Sabahkı mətbuat konfransında bütün bu məsələlərə aydınlıq gətirəcəm”.

Mətanət Əzizova “Ayna”-“Zerkalo” qəzetlərinin həbsdə olan şərhçisi Rauf Mirqədirovun işi ilə bağlı mayın 1-də Baş Prokurorluğun Ağır Cinayətlərə dair İstintaq İdarəsində 4 saata yaxın dindirilib. Ancaq ona daha çox Leyla Yunusun rəhbərlik etdiyi Sülh və Demokratiya İnstitutunun fəaliyyəti haqqında suallar veriblər. Qadın Krizis Mərkəzi bu institutla eyni ofisdə yerləşir. Mayın 6-da Qadın Krizis Mərkəzinin rəhbəri Mətanət Əzizovanın evində axtarış aparılıb.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG