Keçid linkləri

2024, 24 Aprel, çərşənbə, Bakı vaxtı 08:05

Azərbaycanda yol pullu olacaq


-
Mayın 22-də Azərbaycan mediası nədən yazır? AzadlıqRadiosu qəzetlərdə və internet resurslarında dərc olunan ən maraqlı yazıarın qısa xülasəsini təqdim edir


AZAY QULİYEV: “PREZİDENTİN QƏRARINI GÖZLƏYƏK”

Azay Quliyev
Azay Quliyev
Azərbaycan Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri, Əfv Məsələləri Komissiyasının üzvü, deputat Azay Quliyev “Media forum” saytının suallarını cavablandırıb. Azay Quliyev deyir ki, hətta hökumət yönümlü QHT-lər bu qanun pozuntusuna görə ciddi şəkildə cəzalandırılıb. Sadəcə siyasiləşmiş QHT-lərdən fərqli olaraq onların piarı aparılmayıb. Jurnalistlər onların taleyi ilə maraqlanmayıb. Məsələn, Əfv Komissiyasından onlarla jurnalistin adı gəlib keçib.
- Onlar da həbsdədir?
- Bəli, həbsdədir, QHT fəaliyyətinə, qanunsuz hərəkətlərə görə tutulublar. Onlar haqqında heç kim yazmır. Çünki sizin, ayrı-ayrı beynəlxalq təşkilatların maraq dairəsində deyil.

AZƏRBAYCANDA YOL PULLU OLACAQ

ANSPRESS: Yaxın gələcəkdə ödəniş tətbiq ediləcək yollar sırasında Bakı-Quba yoluna alternativ çəkilən yeni Gəndob-Rusiya sərhədi yolunun 60 km-nin, “İpək Yolu”na (Bakı-Gürcüstan sərhədi) paralel çəkiləcək yolun, habelə Hacı Zeynalabdin Tağıyev qəsəbəsi-Sahil qəsəbəsi avtomobil yolunun pullu olması variantı nəzərdən keçirilir.

Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin sədr müavini Vaqif Hacıyevin sözlərinə görə, ümumiyyətlə, yol külli miqdarda vəsait aparan işdir: “Xarici təcrübə göstərir ki, biz tikintilər üçün əlavə mənbələr tapmalıyıq. Bunlardan da biri tranzit yüklər və ya böyük marşrutlar üçün pullu yolların tikilməsidir. Amma işin bu tərəfinin bir neçə şərti var. Çünki hər ölkədə vəziyyət fərqlidir. Məsələn, belə yol üçün alternativ yolun olması, onun yaxın və ya uzaqlığı kimi məsələlər əsasında qərar qəbul edilir”.

MİLYONLARLA AĞAC VƏ KOL ƏKİLİB

ağacəkmə kampaniyası
ağacəkmə kampaniyası
Azərbaycan Respublikasının Ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov yap.org.az saytına müsahibə verib. Nazirin sözlərinə görə, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın “Hərəyə bir ağac əkək!” devizi ilə keçirilən aksiyalarda milyonlarla yeni ağac və kol əkilib. “Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın da bu istiqamətdə atdığı addımlar davamlıdır və təqdir olunur. Leyla Əliyevanın rəhbərlik etdiyi İDEA (Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq) İctimai Birliyinin təşkil etdiyi layihələr ekoloji mühitin qorunmasına xidmət edir. Məlum olduğu kimi, bu ilin aprelində İDEA İctimai Birliyinin, “ASAN xidmət” və “Təmiz Şəhər” ASC-nin birgə təşkilatçılığı əsasında keçirilən “Hər kağızı bir yarpağa dəyişək” aksiyası çərçivəsində Balaxanı poliqonunda 5 min kv.metr ərazi yaşıllaşdırılıb. 2014-cü il 7 may tarixində İDEA İctimai Birliyinin təşəbbüsü, Heydər Əliyev Fondu və Heydər Əliyev Mərkəzinin təşkilati dəstəyi ilə Heydər Əliyev Mərkəzində Qafqaz Biomüxtəlifliyi Sammiti keçirilmişdir ki, bu da bəbir və digər pişikkimilərin mühafizəsi istiqamətində bilik və təcrübələrin bölüşdürülməsi, bu sahədə ən qabaqcıl və səmərəli vasitələrin tətbiqinin müzakirəsi məqsədini daşıyırdı.

SUYU QURUMUŞ KƏND TƏSƏRRÜFATI

“Azadlıq” qəzeti iqtisadçı ekspert Vahid Məhərrəmovun yazısını dərc edib. Müəllif yazır ki, Azərbaycanda suvarma əkinçiliyi qədimdən mövcud olsa da, keçən əsrin əvvələrindən bu sahəyə daha çox fikir verilmiş və inkişaf etdirilməyə başlanıb. “Bəzi mənbələrdə 1925-ci ildə ölkənin əkin sahəsinin 510 min hektarının suvarma şəbəkəsi ilə təchiz olunduğu göstərilir. Hazırda suvarılan sahələrin həcmi 1432,7 min hektar təşkil edir. Lakin ölkə əhalisinin sürətli artımı və artan əhalinin ərzaq mallarına, kənd təsərrüfatı məhsullarına olan ehtiyacı suvarılan torpaq sahələrinin artırılmasını şərtləndirir. Onu da qeyd etmək lazımdır ki, mövcud olan torpaq iqlim şəraiti də buna imkan verir. Lakin bu sahədə hələ də bir sıra ciddi problemlər həllini tapmadığı üçün, mövcud su potensialından səmərəli istifadə olunmadığı halda, suvarılan sahələrin genişləndirilməsini həyata keçirmək mümkün görünmür”.

PAYTAXTDA TİKİNTİ BUMUNUN SƏNGİMƏSİNİN SƏBƏBİ

Bakı
Bakı
“Yeni Müsavat” qəzeti ekspertlərə istinadla yazır ki, heç yaxın illərdə də Bakıda yeni inşaat bumunun yaşanacağı gözlənilmir. Bakının bir neçə hissəsində çoxsaylı evlər sökülsə də, tikinti bumunun müşahidə edilmədiyi göz önündədir. Əksinə, söküntü işləri sürətləndikcə və çoxaldıqca, satılan evlərin qiyməti artır. Ekspertlər bildirirlər ki, bu ilin ötən dövründə mənzillərin qiyməti 11,7 faiz artıb. Bu artım özünü birotaqlı evlərin qiymətində daha çox göstərir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG