Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 01:03

İnternet azadlığı ilə bağlı kampaniya keçirilir


karikatura
karikatura
-
Mayın 20-dən başlayaraq İsveç İnternet Forumunun təşəbbüsü ilə İnternet fəalları, bloqqerlər, aktiv sosial şəbəkə istifadəçilərinin müdafiəçisi üçün Tvitterdə kampaniyaya başlayıb. Kampaniya ‪#‎InternetFreedom və ‪#‎SIF14 həştaqlarından istifadə olunmaqla həyata keçirilir.

Hüquq müdafiəçisi Rəsul Cəfərov Azərbaycan ictimaiyyətini kampaniyaya qoşularaq həbsdə olan bloqqerlər haqqında paylaşmalar etməyə çağırır.

Rəsul Cəfərov deyir ki, Azərbaycanda hazırda 4 nəfər – Rəşad Ramazanov, Elsevər Mürsəlli, Əbdül Əbilov və Ömər Məmmədov bloqqerlik və İnternet üzərindən aktiv fəaliyyətinə görə həbsdədir. “Bu kampaniya bizə imkan yaradır ki, dostlarımıza dəstək verək”.

İsveç İnternet Forumu İsveç Xarici İşlər Nazirliyinin təşəbbüsü ilə keçirilir. Forumun keçirilməsində məqsəd müxtəlif ölkələrdə İnternet, bloqqerlər, aktiv sosial şəbəkə istifadəçiləri və bu sahə ilə bağlı problemləri diqqətdə saxlamaq, beynəlxalq ictimaiyyətin diqqətini bu sahəyə yönəltməkdir.
XS
SM
MD
LG