Mayın 21-də Moskva məhkəməsi araşdırmaçı jurnalist Anna Politkovskaya-nın qətlində ittiham olunan beş çeçen əsilli şəxsə cəzaları elan edəcək. Hökm mayın 21-də oxunacaq.
Politkovskaya Çeçenistanda Rusiya ordusu, çeçen yaraqlılar və Rusiyanın dəstəklədiyi administrasiyanın yol verdiyi iddia olunan insan haqları pozuntularından yazıb. O, 2006-cı ildə Moskvadakı evində güllələnib.
Politkovskaya-nın oğlu Ilya Politkovsky mayın 20-də hökmlə razılaşıb, ancaq deyib ki, “qətlə görə günahkar olanların ancaq kiçik hissəsidir”. Politkovskaya-nın qətlini sifariş edənlər hələ müəyyənləşdirilməyib.