Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 15:27

ABŞ daha 12 Rusiya vətəndaşına sanksiya tətbiq edir


-

ABŞ Maliyyə Nazirliyi mayın 20-də daha 12 rusiyalıya qarşı iddia olunan insan haqları pozuntularına görə sanksiya elan edib. Siyahıya həbsdə tibbi yardımı əngəlləyən həbsxana işçiləri də daxildir. Viza qadağaları və sanksiyalar Maqnitski Aktı çərçivəsində tətbiq olunur.

2009-cu ildə rusiyalı vəkil Sergei Magnitsky-nin ölümündə Vaşinqtonun təqsirli bildiyi şəxslərin ABŞ-da hər hansı sərvəti dondurulur. Siyahıya dörd rusiyalı həbsxana rəsmisi, bir hakim, bir məhkəmə işçisi, bir müstəntiq və həmin işdə əli olanların adları salınıb.

Aktın tərəfdarları Rusiya Təhqiqat Komitəsinin rəhbəri Aleksandr Bastrykin-nə qarşı da sanksiya istəyiblər. Ancaq onun adı yeni siyahıda yoxdur.

Sergei Magnitsky vergidən yayınma ittihamıyla saxlanmışdı.
XS
SM
MD
LG