Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 16:13

"Deyirlər, xoş deyil, get işləməyə başqa yer axtar"


Arxiv fotosu
Arxiv fotosu
“İyunun 1-dən yer haqqını 150 matandan 350 manata qaldırırlar. Deyirlər, yerin qiyməti budur. Xoş deyilsə, gedin özünüzə başqa yerdə iş axtarın”.

AzadlıqRadiosunun “Qaynar xətt”inə zəng vuran Talıb Məhərrəmovun deməsinə görə, mayın 20-də Xətai rayonu, Babək prospektindəki maşın bazarında çalışanlara yer haqqının qaldırıldığını bildiriblər. Bu da orada çalışanların etirazına səbəb olub.

“SƏSİMİZİ ONA BAŞQA CÜR ÇATDIRMAQ İSTƏYİK”

“Bazarın müdiri bizimlə görüşmək istəmir. Biz də səsimizi ona başqa cür çatdırmaq qərarına gəldik. Çıxdıq, aksiya keçirdik. Ancaq polisi tökdülər bura, dedilər, dağılışın, cınqırınızı çıxarsanız, şöbəyə aparıb cibinizə narkotika atacağıq".

Xətai Rayon Polis İdarəsinin növbətçi hissəsindən “Qaynar xətt”ə bildiriblər ki, bir neçə saat əvvəl maşın bazarının işçiləri bazarın qarşısına toplaşdıqlarından əraziyə polis qüvvəsi göndərilib. Onlara bazar rəhbərliyi ilə problemi daha dinc yolla həll etmək tövsiyə olunub. Bundan sonra toplaşanlar ərazidən dağılışıblar.

Bazarda maşın hissələri alveri ilə məşğul olan Talıb Məhərrəmovun sözlərinə görə, onlara bazar rəhbərliyinin ölkədə olmadığı bildirilib.
XS
SM
MD
LG