Keçid linkləri

2017, 25 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 14:57

​Kəmalə Bənanyarlı hələ də baş ağrılarından əziyyət çəkir


-
Binəqədi istintaq təcridxanasında 30 sutka cəza çəkən AXCP üzvü Kəmalə Bənənyarlı hələ də baş ağrılarından əziyyət çəkir.

Mayın 20-də vəkil Əsabəli Mustafayev və Müsavat Partiyasının üzvü Tural Abbaslı ilə görüşüb.

Vəkilin sözlərinə görə, Kəmalə Bənanyarlı ona verilən işgəncələrdən sonra baş ağrılarından əziyyət çəksə də həkim çağrılmasını istəmir. Çünki təcridxana əməkdaşlarına etibar etmir.

Əsabəli Mustafayevin sözlərinə görə, Tural Abbaslı mayın 21-də azadlığa çıxacaq. Onun səhhətində hər hansı problem yoxdur.

Kəmalə Bənənyarlı və Tural Abbaslı mayın 6-da Bakıda NİDA-çı gənclərə hökm oxunandan sonra keçirilən etiraz aksiyası zamanı tutulmuşdu.

Mayın 7-də Nəsimi rayon məhkəməsi Kəmalə Bənanyarlıya 30 sutka, Tural Abbaslıya 15 sutka cəza vermişdi. Kəmalə Bənanyarlı həbs olunan gün Nəsimi rayon polis idarəsində ona işgəncə verildiyini bildirir. Daxili İşlər Nazirliyi iddianə əsassız adlandırır.

Günün bütün mövzuları

XS
SM
MD
LG