Keçid linkləri

Təcili xəbərlər
2021, 15 May, şənbə, Bakı vaxtı 05:07

Rusiya prezidenti çinli həmkarıyla görüşüb


Vladimir Putin və Xi Jinping
-

Rusiya prezidenti Vladimir Putin Şanxayda çinli həmkarı Xi Jinping-lə görüşüb. İran və Orta Asiya liderlərinin iştirakıyla keçirilən 2 günlük konfrans Asiyanın təhlükəsizliyinə həsr olunub.

Putin Çinlə bir neçə milyard dollarlıq qaz sazişi imzalamağa ümid edir. İllərdir bu saziş qazın qiyməti barədə narazılığa görə yubanır.

Çin mediası mayın 19-da Putinə istinadla yazıb ki, saziş üzrə hazırlıqlar «son mərhələyə»
daxil olub.

Putin Rusiyanın enerji satışını şaxələndirməyə çalışır. Ukrayna böhranına görə Avropayla münasibətlər pisləşib.

Səfərdən öncə, Putin Çin-Rusiya əməkdaşlığının genişləndirilməsini «Rusiyanın diplomatik prioriteti» adlandırıb.

Samitdə BMT-nin baş katibi Ban Ki-moon, Özbəkistan və İran prezidentləri də iştirak edəcək.
XS
SM
MD
LG