Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 21:16

«Rusiya ordusunun geri çəkildiyi görünmür»


-

Birləşmiş Ştatlar və NATO bildirir ki, Rusiya ordusunun Ukrayna sərhədindən geri çəkilməsinin heç bir əlaməti yoxdur. Rusiya prezidenti Vladimir Putin belə bir əmr vermişdi.

Ağ Evin sözçüsü Jay Carney mayın 19-da jurnalistlərə deyib ki, Vaşinqton «hər hansı hökm verməmişdən bu addıma dair aydın və möhkəm dəlil görmək istəyir». Carney-dən öncə NATO-nun baş katibi Anders Fogh Rasmussen oxşar bəyanat verib.

Mayın 19-da Putinin ofisi bildirib ki, Ukrayna sərhədi yaxınlığındakı hərbi qüvvələrin yaz təlimlərindən sonra daimi baraklarına qayıtmasına göstəriş verilib. Rusiya silahlı qüvvələrinin baş qərargah rəisinin sözlərinə görə, NATO-nun artan hərbi fəaliyyəti Ukraynanın şərqində gərginliyin azalmasına kömək etmir.

**

Rusiyadan gələn xəbərlərə görə, müdafiə naziri Sergei Shoigu Ukrayna sərhədi yaxınlığındakı əsgərlərə yaz təlimlərindən sonra daimi bazalarına qayıtmağı tapşırıb.

Bir gün əvvəl Rusiya prezidenti Vladimir Putin belə bir göstəriş verib.

Moskva əvvəllər də oxşar vədləri yerinə yetirməyib.


NATO Rusiyanın Ukrayna ilə sərhəd regionlara 40 min əsgər topladığını bildirir. Rusiyayönlü separatçılar Ukraynanın şərqində müstəqil dövlətlər elan edirlər.
XS
SM
MD
LG