Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 11:08

Çin ABŞ-ın ittihamlarına cavab verdi


Rəsmi Pekin ABŞ-ın Çin ordusunun 5 zabitinə ittiham elan etməsinə kəskin etirazını bildirib.

Çin ittihamı “saxta” adlandırıb və xəbərdarlıq edib ki, bu, iki ölkə arasında münasibətlərə mənfi təsir edə bilər.

ABŞ iddia edir ki, Çin ordusunda xüsusi haker qrupu var ki, ABŞ və Avropa şirkətlərindən istehsal sirlərini oğurlamağa çalışır.

Kompüterlərinə müdaxilə olunmuş şirkətlər arasında U.S. Steel Corp., Westinghouse, Alcoa, Allegheny Technologies də var.
XS
SM
MD
LG