Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 05:23

Casusluğa görə cəza sərtləşdirilir


Arxiv fotosu.
Arxiv fotosu.
Azərbaycanda casusluğa görə cəza sərtləşdirilir, həbs müddəti artırılır.

Milli Məclisdən APA informasiya agentliyinə verilən məlumata görə, bununla bağlı Cinayət Məcəlləsinin 276-cı maddəsinə dəyişiklik təklif edilir.

Təklif qəbul olunarsa, casusluğa görə azadlıqdan məhrum etmə cəzası minimum 10 il olacaq. Hazırda cinayətin cəzası azı 7 ildir.

Bununla yanaşı Cinayət Məcəlləsinin digər maddəsinə də dəyişiklik nəzərdə tutulur.

Qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələr və ya qruplar yaratmağa, belə birləşmələrin, qrupların tərkibində müəssisələrə, idarələrə, təşkilatlara və ya ayrı-ayrı şəxslərə basqın etməyə görə cəzaların müddəti də ən yuxarı həddə qədər artırılır.

Bununla bağlı Cinayət Məcəlləsinin 279.3-cü maddəsinə dəyişiklik təklif olunur.

Dəyişikliyə əsasən, yuxarıda sadalanan əməllər adamların həlak olmasına və ya digər ağır nəticələrə səbəb olduqda 12 ildən 20 ilə qədər azadlıqdan məhrum etmə cəzası tətbiq olunacaq.

Hazırda bu cinayətə görə cəza 8 ildən 15 ilə qədərdir.

Dəyişikliklə bağlı layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub.
XS
SM
MD
LG