Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 17:24

Atatürkün atasının xatirə evi açıldı


Ali Rıza Efendi-nin Xatirə Evi
Ali Rıza Efendi-nin Xatirə Evi
-
Makedonyanın Kocacık kəndindəki Ali Rıza Efendinin xatirə evi bu gün – mayın 19-da Mustafa Kamal Paşanın doğum günündə açılır.

Türkiyənin “Hürriyet” qəzetinin yazdığına görə, Başbakan Recep Tayyip Erdoğan Mustafa Kemal Atatürkün atası Ali Rıza Efendi-nin Xatirə Evinin açılışını Ankaradan gerçəkləşdirəcək.

TİKA-nın bərpa etdiyi evin açılış mərasiminə qatılmaq üçün baş nazirin müavini Emrullah İşler də Makedoniyaya gedib.

İllərdir yerli sakinlərin “Mustafa Kamal Paşanın atasının doğulduğu yer” adlandırdığı bu ev Makedoniyanın Jupa Bələdiyyəsinə aiddir.
Ali Rıza Efendi-nin Xatirə Evi
Ali Rıza Efendi-nin Xatirə Evi
Ali Rıza Efendinin xatirə evlərinin yaradılması Makedoniya Mədəniyyət Nazirliyinin layihəsidir.

Xatirə evinin birində yerli mədəniyyətin sərgilənəcəyi etnoqrafik muzey yaradılıb.
Burada Osmanlı dönəmində Makedoniya, türklərin Kocacık bölgəsinə gəlişi və Atatürkün Manastır Hərbi Məktəbində oxuduğu illər əksini tapacaq.

Digərində – daha geniş sahəni əhatə edən Ali Rza Efendi-nin Xatirə Evində isə Atatürkün və ailəsinin həyatı canlandırılacaq.

Türkiyə cümhuriyyətinin qurucusu və ilk prezidenti Mustafa Kamal Atatürk (1881-1938)1919-cu il mayın 19-da Samsuna gəlib və Qurtuluş Savaşına başlayıb.

Hər il Atatürkün mayın 19-da Samsuna gəlişi Türkiyədə Atatürkü anma, Gənclik və İdman bayramı kimi qeyd edilir.

Bu il Soma faciəsi ucbatından bəzi təntənəli tədbirlər ixtisara düşüb.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG