Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 12:15

Bank müdiri haqqında cinayət işi başlanıb


-
“Royalbank” Açıq Səhmdar Cəmiyyətinin filial rəhbərinin qanun pozuntularına yol verməsi barədə Bakı şəhər sakininin müraciəti Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.

Baş Prokurorluğun saytının məlumatına görə, araşdırmalarla cəmiyyətin 5 saylı filialının müdiri Natiq Bayramov Bakı sakininin 120 min manat pulunu ələ keçirib. Fakta görə Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə istintaq davam etdirilir.
XS
SM
MD
LG