Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 12:15

Separatçıların qadağaları Krım tatarlarını dayandırmadı(VİDEO)


-

Mayın 18-də Krım tatarları Stalin deportasiyasının 70-ci ildönümünü müxtəlif tədbirlərlə qeyd ediblər.

Bu ərəfədə Krımın separatçı hakmiyyəti kütləvi tədbirlərin qadağan olunması haqda qərar çıxarıb. Qərarın Ukraynanın şərqindəki gərginliklə izah olunmasına baxmayaraq, Krım tatarlarının rəhbərliyi bu qadağanın məhz onların milli faciə gününün kütləvi şəkildə qeyd olunmasına qarşı olduğunu bildirdi. Rusiya və Krım separatçıları ilə yarımadanın ilhaqını qəbul etməyən Krım tatarları arasında dərin ziddiyət mövcuddur. Krım tatarlarının yarımadanı Ukraynanın bir hissəsi hesab etməsi Krımda hakimiyyəti zəbt edənləri qıcıqlandırır. Ona görə də, mayın 16 və 17-də Krım tatarlarının rəhbərlərini xəbərdar etmiş, kütləvi tədbirlərə qarşı polis gücü tətbiq olunacağı bildirilmişdi. Bunu nəzərə alan Krım tatarları məclisi 18 may tədbirlərinin ayrı-aryı şəhərlərdə kiçik icmalar halında keçirmək qərarını verdi.

Mayın 18-də Krımın onlarla şəhələrində və Ukraynanın paytaxtında Kırm tatarlarının xatirə tədbirləri keçirildi. Ən böyük mitinqlədrdən biri də Krımın paytaxtı Simferopolda baş tutdu. Mitinq qadağasına əhəmiyyət verməyən yüzlərlə Krım tatarı şəhərin mərkəzi meydanında deportasiya qurbanlarının abidəsi qarşısına toplaşdı, sonra da şəhər kənarındakı Ağ Meçit qəsəbəsində namaz qıldılar. Namazadan sonra izdihamlı mitinq baş verdi. Polis onlara qarşı güc işlətməyə cürət etmədi. Yalnız havaya vertolyotlar qaldırıb mitinq iştirakçılarının başı üzərində dairə vurmaq və çıxışlara mane olmaqla kifayətləndilər. «Exo Moskvı» radiosunun verdiyi məlumata görə, mitinqdə 10 minə qədər adam iştirak edib.

Krım tatarları Məclisinin sədri Rufat Chubarov bildrib ki, Krımın başqa şəhərlərindən Simferopola gələn yollar bağlandığından minlərlə Krım tatarı bu mitinqə qoşula bilməyib.

Mətəm mərasimləri Krımın Bağçasaray şəhərində və Ukraynanın paytaxtı Kiyevdə təşkil olunub.

Krəm tatarlarının liderı Mustafa Cemilov bildirib ki, Krım rejiminin hərəkətləri Sovet hakimiyyətinin Krım tatarlarına münasibətini xatırladır. Onun sözlərinə görə, vaxtilə sovet xüsusi orqanları da Krım tatarlarının mayın 18-ni qeyd etməməsi üçün əllərindən gələni edir, lakin Krım tatarları bu günü qeyd etməyə nail olurdular.

Krım tatarları 1944-cü ildə, Stalinin əmri ilə kütləvi şəkildə öz evlərindən Sibir və Orta Asiyaya sürgün edilib. Stalin iddia edirdi ki, guya onlar faşist rejimi ilə əməkdaşlıq ediblər.
18 May: Simferopol üzərində hərbi vertolyotlar uçur
Gözlə

No media source currently available

0:00 0:00:36 0:00
XS
SM
MD
LG