Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 19:40

Döngə 3 küçəsinə su verilməsə...


Arxiv fotosu
Arxiv fotosu
“İstilər düşüb, küçəmizdə natəmizlik, antisanitariya baş alıb gedir. Ayaqyoluya da pulla aldığımız suyu tökmək məcburiyyətindəyik. Özümüz öz şəraitimizdən iyrənirik”.

SANKİ MİLÇƏK VIZILDAYIR

Su problemimindən cana doyduqlarını deyən Binəqədinin Döngə 3 ünvanında yaşayan Əmrullah Həsənovdur. O, AzadlıqRadiosunun “Qaynar xətt”inə zəng vuraraq küçənin başlıca problemi olan susuzluqdan gileylənib:

“Uzun müddətdir ki, su problemimiz var. 2 aydır ki, ümumiyyətlə, su qəhətə çıxıb. Aidiyyəti qurumlara şikayətlər edirik, sanki qulaqlarının dibində milçək vızıldayır”.

Küçənin başqa sakini Fatma Nəsibova:

“Susuzluğun qışda bir, yayda başqa problemləri var. Mərkəzin 5-10 metrliyindəyik, torpağın sotunu od qiymətinə satırlar, ancaq əhalini su, qaz, işıqla təmin etmək gələndə, onlar atlı olur, biz piyada”.

"O DƏQİQƏ TÖKÜLÜŞDÜLƏR KÜÇƏMİZƏ"

Sakinlər səslərini daha möhkəm çıxartmaq üçün mayın 17-də etiraz aksiyası da keçiriblər və hələlik müsbət qiymətləndirdikləri nəticə əldə ediblər:

“Elə ki küçəyə töküldük, onlar da tökülüşüb gəldilər. Rayonun su idarəsinin rəisindən tutmuş “Azərsu”yun işçilərinədək hamı gəlmişdi. Söz verdilər, ancaq biz də sakit dayanmaq fikrində deyilik. O sözdən o qədər eşitmişik ki... Həll olunmasa, daha böyük etiraz aksiyaları keçirəcəyik”

Ancaq Binəqədi rayon su idarəsindən “Qaynar xətt”ə deyiblər ki, bu söz o sözdən olmayacaq. İdarədən bildiriblər ki, Döngə 3 və onun qonşuluğundakı küçələrin su probleminin həllinə başlayıblar. Həmin küçələri qısa vaxtda su ilə təmin edəcəyini bildirən idarə ərazidəki su nasoslarının yenilənəcəyini də vəd edir.
XS
SM
MD
LG