Keçid linkləri

2017, 29 May, Bazar ertəsi, Bakı vaxtı 06:24

Balkanlardakı daşqınlarda 20-dən çox adam ölüb


Sama çayında daşqın
Balkanlardakı daşqınlarda 20-dən çox adam ölüb. On minlərlə adam evlərini tərk edib. Bir neçə gün davam edən leysan yağışları Dunay və Sava çaylarında suyun səviyyəsinin xeyli qalxmasına səbəb olub. Ən çox ziyan çəkən Bosniya və Serbiya sakinləri olub.

Bosniyada daşqınların baş verdiyi ərazidə bir milyona yaxın insan yaşayır.

Hökumət xəbərdarlıq edir ki, 90-cı illərdə Bosniyadakı müharibə zamanı quraşdırılan minalar daşqın və torpaq sürüşmələri nəticəsində hərəkət edə və insan tələfatına səbəb ola bilər.

Meteroloqlar mayın 18-də Dunay və Sava çaylarında suyun səviyyəsinin ən yüksək həddə çatacağını bildirir.

Daşqınlar Polşa, Slovakiya və Avstriyanı da bürüyüb.

Günün bütün mövzuları

XS
SM
MD
LG