Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 16:20

Vladimir Putin Krım tatarlarına xəbərdarlıq etdi


Rusiyanın xüsusi təyinatlı polis dəstəsi üzvləri Simferepolda mitinq keçirmək istəyə tatarlardan birini həbs edir.
Rusiyanın xüsusi təyinatlı polis dəstəsi üzvləri Simferepolda mitinq keçirmək istəyə tatarlardan birini həbs edir.
Rusiya prezidenti Krım tatarlarına müraciət edərək bildirib ki, bundan sonra onlar gələcəklərinin Rusiya ilə birlikdə olduğunu qəbul etməlidirlər.

Bu arada BMT bəyan edib ki, Krım Rusiya tərəfindən ilhaq edildikdən sonra tatarlara qarşı təqib və təhdidlər şiddətlənib.

Vladimir Putin Krım tatarlarının yaşayış səviyyəsinin yüksəldiləcəyini vəd etsə də, bildirib ki, tatarlar Ukrayna və Rusiya arasında mübahisə mövzusu olmamalıdırlar.
Rusiya prezidentinin çıxışı Krım tatarlarının öz doğma yurdlarından deportasiya edilməsinin 70-ci ildönümünə təsadüf edib.

Kurort mövsümünün rəvanlığı üçün

Almaniya ilə əlbir olmaqda ittiham edilən Krım tatarları 1944-cü ilin 18 mayında Stalin rejimi tərəfindən öz yurdlarından çıxarılmışdı.

Bəzi şərhçilər bildirirlər ki, Rusiyaya ilhaq edilmiş Krımın Baş naziri Sergei Aksyonov-un iyunun 6-dək yarımadada bütün nümayiş və aksiyaları qadağan edən sərəncam verməsi məhz bu tarixin tatarlar tərəfindən qeyd olunmasının qarşısının alınması məqsədini güdür.

Aksyonov özü bildirib ki, bu sərəncam “ekstermistlər tərəfindən mümkün təxribatların qarşısının alınması” və “kurort mövsümünün rəvan davam etməsi” üçün verilib.

Bununla belə, bazar günü minlərlə tatarın deportasiyanın ildönümünü mitinqlə qeyd edəcəyi gözlənir.

"Vəziyyət 1944-cü ildə olduğu kimidir"

Krım tatarları ilə bu bölgədəki ruslar arasında gərginlik yarımada Moskva tərəfindən ilhaq edildikdən sonra güclənib.

Məlum olduğu kimi Krım rusları və rusdilliləri bölgənin Rusiyaya birləşməsi barədə referendumda səs verdikləri halda, əhalinin 12 faizini təşkil edən tatarların əksəriyyəti səsverməni boykot edib.

Üstəlik referendum günü yarımadanın Rusiya qoşunları tərəfindən işğal edilməsinə etiraz edən tatar Reshat Ametov yoxa çıxıb. Sonradan onun üzərində işgəncə izləri olan cəsədi tapılıb.

Həyatının son anlarında düşdüyü videkamera kadrlarında Reshat-ın kamuflyaj geyinmiş maskalılar tərəfindən Simferopoldakı Lenin meydanından aparıldığı görünür.
Tatar icmasının nümayəndələri “The Guardian” qəzetinin müxbirinə bildiriblər ki, indi rusların onlara münasibəti elə 1944-cü ildə olduğu kimidir.

Aksyonov deyib ki, Ametov-un qətli yerli ruysiyapərəst silahlılarla əlaqəli deyil, lakin qətl hadisəsi hələlik açılmamış qalır.

ABŞ və BMT Krım tatarlarından nigarandır

ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavini Victoria Nuland bu ay Konqresdə etdiyi çıxışında deyib ki, Vaşinqton Krımda insan haqlarından, ələlxüsus da tatarların vəziyyətindən ciddi narahatlıq keçirir.

Öz növbəsində BMT-nin insan haqları üzrə ali baş komissarı Navi Pillay bəyan edib ki, tatarlar təhdid, dini zəmində təqiblə üzləşir, öz yurdlarından qaçmağa məcbur edilirlər.

BMT insan haqları komissarlığının hesabatında deyilir ki, Ukraynanın şərqindəki qiyamçı qüvvələr tərəfindən “hədəfli qətllər, işgəncələr və bəzi hallarda cinsi qısnamalar törədilir”.

Hesabatda həmçinin Krım tatarlarının qeyri-rəsmi lideri, Ukrayna millət vəkili və keçmiş sovet dissidenti Mustafa Dzhemilev-in məsələsinə də toxunulur. O, Kiyevdə iclasda iştirak etdikdıən sonra Krıma buraxılmayıb.

Dzhemilev Tatar xalqını və özünüidarəetmə qurumu olan tatar milli məclisini ruysiyapərəst hökumətə etibar etməməyə və Rusiyaya birləşmə barədə referendumu boykot etməyə inandıra bilib.

O hətta referendumdan əvvəl Rusiya prezidentinə zəng vuraraq qoşunları Krımdan çıxarmağı tələb etmişdi.

“Onlar bizim hamımızı Rusiya vətəndaşı etmək istəyirlər, lakin Rusiyada heç bir demokratiya yoxdur. Biz daha azad yaşamağa alışmışıq” - demişdi tatar lideri.

Məclis “qalx” desə tatarlar qalxacaqlar

Mayın 3-də Dzhemilev-ə ikinci dəfə Krıma daxil olmaq imkanı verilməyəndə minədək tatar etiraz aksiyası olaraq yarımadanın əsas yolunu kəsmişdi.

Buna cavab kimi Krımın baş prokuroru Natalia Poklonskaya bəyan edib ki, məclis ekstremist fəaliyyətdə şübhəli bilinir və buraxılmalıdır.

Yolu kəsənlərdən biri - Sahri Mustafayev bildirib ki, etirazçılardan bir çoxu ağır cərimələrə məruz qalıb: “Biz məclisin sözünü gözləyirik. Məclis “qalx” desə, biz qalxacağıq”.

O əlavə edib ki, tatarlar mayın 25-də Ukraynada keçiriləcək prezident seçkisini gözləyirlər.

Cənab Dzhemilev deyib ki, hazırda Krım tatarlarının məclisi yeni hökumətlə əməkdaşlıq mnəsələsində parçalanıb, lakin kompromis əldə oluna bilər.

Bu arada məclisin üzvü Abduraman Egiz özlərini rusiyameylli özünümüdafiə dəstəsi adlandıranlar tərəfindən döyülüb.

Tatarlar məhz bu özünümüdafiə buirliklərinin buraxılmasını tələb edirlər.

Krım tatarları didərgin salınırlar

Krım üzrə müstəqil siyasi şərhçi Sergei Kostinsky deyir ki, Putin ötən ay Krım tatarlarının həyat səviyyəsinin yüksəldiləcəyini, ələxüsus onların mənzillə təminatının yaxşılaşdırılacağını vəd etsə də, o, ilk öncə Krımdakı şovinizmin kökünü kəsməli olacaq.

Krımın Avropameylli Vətəndaş Cəmiyyəti İnstitunun rəhbəri Rustem Ablyatifov deyir ki, məhz bu “Krım şovinizmi”nə görə son vaxtlarda 1500 Krım tatarı Qərbi Ukraynaya qaçmalı olub.

Dzhemilev isə daha böyük rəqəm göstərir. O deyir ki, Rusiyanın ilhaqından sonra 5 min Krım tatarı didərgin düşüb.

Vaxtilə özü Azərbaycandan qaçmalı olmuş İsmayıl İsmayılov “The Guardian” qəzetinə bildirib ki, 30-dək tatar Polşada siyasi sığınacaq alıb.

"İndi burda hakimiyyət şovinistlərindir, onlar özlərini daha sərbəst hiss edirlər və deməli, Krım tatarları üzərinə təzyiq və təqibləri də artıracaqlar” – deyib İsmayılov.
XS
SM
MD
LG