Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 09:25

Moskva vilayəti polisi miqrantlar əleyhinə nümayişdə 57 adamı tutub


Özbək miqrant J.Akhmedov
Özbək miqrant J.Akhmedov
Moskva vilayətinin polisi miqrantlar əleyhinə nümayişdə 57 adam saxlayıb. Onlar xuliqanlıqda və ictimai yerdə spirtli içki içməkdə ittiham olunur.

Həbslər mayın 15-də Moskva yaxınlığındakı Puşkino şəhərində yüzlərlə adamın çıxdığı nümayişdən sonra olub.

Onlar 22 yaşlı yerli sakin Leonid Safyannikovun öldürülməsinə etirazlarını bildirirdi. Nümayişçilər şəhərdə bir neçə dükanı və kiosku dağıdıblar.

Safyannikovu isə 25 yaşlı özbək miqrant Jahongir Akhmedov öldürüb. O, hadisədən sonra Özbəkistana qaçıb, ancaq Rusiyadakı miqrant özbəklər onu məcbur ediblər ki, geri qayıtsın. Akhmedov Moskvaya qayıdanda hava limanında həbs olunub.
XS
SM
MD
LG