Keçid linkləri

Təcili xəbərlər
2021, 16 Aprel, Cümə, Bakı vaxtı 22:25

Recep Tayyip Erdogan vətəndaşa yumruq vurub


Yusuf Yerkelin vətəndaşa təpik atması
-
Türkiyə mediası ölkənin baş naziri Recep Tayyip Erdoganın ona etiraz edən vətəndaşa yumruq atdığı kadrları yayımlayır.

Kadrlarda həmçinin baş nazirin məsləhətçisi Yusuf Yerkelin də etirazçıya təpik atması görünür.

Olay mayın 14-də Recep Tayyip Erdoganın Somaya səfəri zamanı baş verib.

Somada mədəndə baş verən partlayış zamanı 280-dən çox adam həyatını itirib.

Qəzəblənmiş etirazçılar baş nazirə narazılıqlarını bildiriblər. Polislə etirazçılar arasındakı dartışma Recep Tayyip Erdoganı bir marketə sığınmağa məcbur edib.

Yusuf Yerkel mayın 15-də mediaya təəssüfünü bildirsə də, hərəkətinə də haqq qazandırıb.
XS
SM
MD
LG