Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 01:34

Putinin Avropa Birliyinə məktubu: Ukrayna qazın pulunu əvvəlcədən versin


İyun ayından başlayaraq Ukraynaya qaz yalnız o halda veriləcək ki, Ukrayna qazın pulunu əvvəlcədən ödəmiş olsun.

Bunu Rusiya prezidenti Vladimir Putin Avropa Birliyi liderlərinə məktubunda bildirir. Məktubu mayın 15-də Kreml açıqlayıb.

Putin yazır ki, Ukraynanın Qazproma borcu 3,5 milyard dollara çatıb və Qazprom belə bir addıma getməyə məcburdur.

Putin Avropa Birliyini Ukraynanın böhranlı iqtisadiyyatını sabitləşdirməkdə daha fəal olmağa çağırır.

Putin qazın pulunu əvvəlcədən istəyəcəkləri haqda ilk xəbərdarlığını Avropa Birliyi liderlərinə keçən ayın sonunda yazdığı məktubda bildirirdi
XS
SM
MD
LG