Keçid linkləri

Təcili xəbərlər
2021, 13 İyun, bazar, Bakı vaxtı 01:43

Kinostudiya ilin ilk filminin çəkilişlərinə başladı


Foto: Arxiv
-
Cəfər Cabbarlı adına «Azərbaycanfilm» Kinostudiyası dövlət sifarişi ilə istehsal olunan «Əsgərin şücaəti» adlı yeni tammetrajlı bədii filmin çəkilişlərinə başlayıb.

Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin kinostudiyaya istinadən yaydığı xəbərə görə, film II Dünya müharibəsində faşizm üzərində Qələbənin 70 illiyinə həsr olunub.

Filmin ssenari müəllifləri Yuri Vorobyov və Yavər Rzayev, rejissoru Elxan Cəfərov, quruluşçu operatoru Nadir Mehdiyevdir.

«Əsgərin şücaəti» filminin çəkilişlərinə Belarusun Brest şəhərində başlanılıb.

Filmdə Almaniya və Rusiyanın tanınmış aktyorları çəkilirlər.

Azərbaycan Dövlət Pantomima Teatrının aktyoru, «Çölçü» filmində yaratdığı obrazla tamaşaçıların rəğbətini qazanan Bəhruz Vaqifoğlu da filmdə rol alıb.

Şərhlər (2)

Bu forum dayandırılıb
XS
SM
MD
LG