Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 11:07

Türkiyə prezidenti 282 şaxtaçının həlak olduğu mədənə gəlib


Somada şaxtaçılar heykəlinin önünə gül qoyulur
Somada şaxtaçılar heykəlinin önünə gül qoyulur
Mayın 15-də Türkiyə prezidenti Abdulla Gül 282 şaxtaçının həlak olduğu daş kömür mədənlərinə gedib. Onun Soma şəhərinə gəldiyi vaxt xilasedicilər 8 şaxtaçının meyiti çıxarırdı.

Mayın 13-də olmuş qəzada 120 adam hələ də itkin sayılır.

Türkiyənin qərbindəki İzmir şəhərində isə 20 min nümayişçini dağıtmaq üçün polis sudan və gözyaşardıcı qazdan istifadə edib. Nümayişçilər qəza ilə bağlı hökumətdən narazılığını bildirirdi.

Nümayişçilərin fikrincə, mədənlərdə təhlükəsizlik sisteminə heç kim fikir vermirdi, hökumət isə buna göz yumurdu.

Somada daş kömür mədənində partlayış elektrik sistemində qısa qapanmadan olub.
XS
SM
MD
LG