Keçid linkləri

Təcili xəbərlər
2021, 18 İyun, Cümə, Bakı vaxtı 04:23

Müdafiə nazirliyinə yeni müavin təyin edilib


-
Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin sərəncamı ilə müdafiə nazirinin müavini, general-leytenant Çingiz Məmmədov Silahlı Qüvvələrdən ehtiyata göndərilib.

Məlumatı APA Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən yayıb. Bildirilir ki, Çingiz Məmmədovun yerinə IV ordu birləşməsinin komandanı, general-leytenant Kərim Vəliyev təyin edilib.

General-leytenant K. Vəliyev IV ordu birləşməsindən əvvəl Müdafiə Nazirliyinin Hərbi Elmi Mərkəzinin rəisi, I və IV ordu birləşmələrinin komandanı vəzifələrində xidmət edib.
XS
SM
MD
LG