Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 15:20

Ramil Usubov Gürcüstanın daxili işlər nazirini qəbul edib


-
Daxili işlər naziri Ramil Usubov gürcüstanlı həmkarı Alexander Chikaidze-ni qəbul edib.

Bu haqda nazirliyin mətbuat xidməti məlumat yayıb.

Görüşdə beynəlxalq terrorçuluq və mütəşəkkil cinayətkarlığa qarşı mübarizə sahəsində əməkdaşlığın nəticələri müzakirə olunub.

Görüşdə Gürcüstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Teimuraz Sharashenidze də iştirak edib.
XS
SM
MD
LG